BANK

24 Mart

\"BVF ən azı 2008-dəki qədər pis bir böhran gözləyir\"

Beynəlxalq Valyuta Fondu (BVF, IMF), bu il ən azı 10 ildən çox müddət əvvəl (2008-ci ildə) baş vermiş maliyyə böhranı zamankı qədər pis bir qlobal böhran gözlədiyini və 2021-ci ildə inkişafın bərpa olacağını açıqlayıb. 

 

Fins.az xəbər verir ki, IMF-nin İcra Direktoru Kristalına Georgieva, G20 ölkələrinin maliyyə nazirləri və mərkəz bank sədrləri ilə reallaşdırdığı təcili telekonferans yığıncağının ardından etdiyi açıqlamada, təxminən 80 ölkənin IMF-yə təcili kömək üçün müraciət etdiyini söyləyib. 

 

Georgieva, IMF-nin bir çox ölkə tərəfindən hal-hazırda atılan fövqəladə maliyyə addımları güclü bir şəkildə dəstəklədiyini və böyük mərkəzi bankların yumuşaq pul siyasəti addımlarını məmnunluqla qarşıladığını sözlərinə əlavə edib. 

 

Georgieva, "Bu addımlar yalnız hər ölkənin mənfəətinə deyil, eyni zamanda bir bütün olaraq qlobal iqtisadiyyatın da mənfəətinədir",- deyib.