Azərbaycanda yeni peşə standartları hazırlanır

“Ali təhsil haqqında” yeni qanun layihəsi İşçi Qrup tərəfindən hazırlanıb. Bu layihə dövlətimizin təhsil sahəsində keçirdiyi islahatların məğzinə tam uyğundur. Qanun layihəsi Azərbaycanda təhsilin rəqabətədavamlılığının artırılmasını nəzərdə tutur”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə yanında İşçi Qrup tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycan təhsilinin milli təsnifatı yenilənib.

B.Əliyev vurğulayıb ki, əsas vəzifə yeni reallığı, yeni vəzifələri nəzərə almaq, rəqəmsal dünyanın tələblərinə uyğunlaşmaq, tələb olunan peşələrə uyğunlaşdırma aparmaqdır. O deyib ki, hazırda yeni peşə standartları hazırlanır.

SHARE THIS STORY

FacebookTelegramTwitter