Azərbaycanda ən çox iş yeri hansı regionda açılıb?

2021-ci ilin doqquz ayı ərzində ölkədə 51,1 min yeni iş yerləri açılıb.

Fins.az xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb .

Məlumata görə, hesabat dövründə yaradılmış iş yerlərinin 89,0 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 76,7 %-i Bakı şəhərinin, 0,7 %-i Naxçıvan Muxtar Respublikasının, 22,6 %-i digər regionların payına düşüb.

Bildirilir ki, yeni açılmış iş yerlərinin 10,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,3 faizi isə digər tədbirlər üzrə yaradılıb.

№-siRegionun adıRespublika üzrə açılan iş yerlərinə nisbətdə göstəricisi (%)-ləİş yerlərinin sayı(ədədlə)
1Bakı şəhəri76,7%39.117
2Gəncə- Daşkəsən4.3%2.193
3Abşeron-Xızı4.1%2,091
4Lənkəran-Astara2,7%1.377
5Quba-Xaçmaz2,5%1.275
6Şəki-Zaqatala2.1%1.071
7Qazax-Tovuz1.5%765
8Şirvan-Salyan1.3%663
9Mərkəzi Aran1.2%612
10Mil-Muğan1.0%510
11Qarabağ0.9%459
12Naxçıvan Muxtar Respublikası0.7%357
13Dağlıq Şirvan0.7%357
14Şərqi Zəngəzur0,3%153

SHARE THIS STORY

FacebookTelegramTwitter