Azərbaycan Türkiyəyə ixrac etdiyi təbii qazı artırır

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən Rusiya Enerji Həftəsində mətbuata açıqlamasında bildirib ki, Türkiyəyə hələ də ildə 6 milyard kubmetr təbii qaz ixrac edilir.

Fins.az xəbər verir ki,bu barədə Bloomberg məlumat yayımlayıb.

Bildirilir ki, nazir həmçinin2023-cü ildə o, illik 3,5 milyard kubmetrin artırılması ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.

Məlumata görə, Azərbaycan 2022-ci ildə Avropaya və Türkiyəyə təbii qaz ixracının 16 milyard kubmetrə, Avropaya isə 10 milyard kubmetrə çatacağını gözləyir. Azərbaycan bu il Türkiyəyə 5,8 milyard kubmetr təbii qaz ixrac edib.

SHARE THIS STORY

FacebookTelegramTwitter