Azərbaycan Ordusunun Tovuzdakı mövqeləri növbəti dəfə atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri  noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

SHARE THIS STORY

FacebookTelegramTwitter