Bank

06 February
4

“Nissan” Britaniyanı tərk edir

“Nissan” şirkəti özünün “X-Trail” modelinin yeni nəslinin Böyük Britaniyada istehsalından imtina edib. Şirkətin bəyanatında bildirilir ki, bundan sonra istehsal Yaponiyada davam etdiriləcək. Şirkət istehsalın “gündoğar” ölkəyə köçürülməsini Birləşmiş Krallığın Avropa İttifaqından çıxması ilə bağlı olan məcburi addım olduğunu bildirir. Britaniyadakı “Nissan” zavodunun yerləşdiyi dairədən İctimai Palataya üzv seçilən Culiya Eliot bunu “şəhər və bütün region üçün “ağır xəbər” adlandırıb. Məlumatı “Euronews” yayıb.