AVTO

12 Noyabr

Honda-nın gəlirləri və mənfəəti gerilədi

Finss.az xəbər verir ki, Yaponiyanın avtomobil nəhəngi Honda Motor Co. 2025-ci ilin maliyyə ilinin ilk yarısında xalis mənfəətində 19,7% azalma qeydə alıb və buna əsaslanaraq illik proqnozunu aşağı salıb.

Şirkətin maliyyə hesabatına əsasən, aprel-sentyabr dövründə xalis mənfəət 311,83 milyard yen (təxminən 2 milyard dollar) təşkil edib. Bu, ötən ilin eyni dövründəki 494,68 milyard yen göstəricisindən xeyli azdır.

Əməliyyat mənfəəti 41% azalaraq 438,14 milyard yenə, ümumi gəlir isə 1,5% azalaraq 10,63 trilyon yenə düşüb. İkinci rübdə Hondanın əməliyyat mənfəəti 25% azalaraq 194 milyard yen səviyyəsində olub. LSEG analitiklərinin proqnozları isə orta hesabla 212 milyard yen idi.

İlkin altı ay ərzində Honda 1,68 milyon avtomobil sataraq ötən ilin eyni dövrünə nisbətən 5,6% azalma, 10,763 milyon motosiklet sataraq isə 3,7% artım nümayiş etdirib.

Ekspertlər bildirirlər ki, Honda-nın mənfəət azalmaları qlobal tədarük zəncirindəki çətinliklər, xammal qiymətlərində artım və bazarlardakı tələb zəifləməsi ilə bağlı ola bilər.