AVTO

21 Oktyabr

Azərbaycana idxal olunan avtomobillərin həcmi artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 559 ədəd elektromobil gətirilib, idxalın ümumi dəyəri 44,210 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə:

  • Miqdar ifadəsində: 686 ədəd və ya 30,5% azalma
  • Dəyər ifadəsində: 40,410 milyon ABŞ dolları və ya 45,6% azalma

Eyni dövrdə ölkəyə 85 257 ədəd avtomobil idxal olunub, idxalın dəyəri isə 1,605 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə:

  • Miqdar ifadəsində: 18 972 ədəd və ya 28,6% artım
  • Dəyər ifadəsində: 336,585 milyon ABŞ dolları və ya 26,5% artım

Əlavə olaraq, dövr ərzində idxal olunan nəqliyyat vasitələrinin strukturu belə olub:

  • 652 ədəd sürücülü və 10 və daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri: 68,977 milyon ABŞ dolları
  • 78 205 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri: 1,432 milyard ABŞ dolları

Fuad Mədətov
Finss.az