AVTO

29 May

Ford 1,1 milyon avtomobili geri çağırır

Finss.az - ABŞ-n avtomobil nəhəngi Ford Motor arxa görüntü kamerasının proqram təminatındakı nasazlığa görə təxminən 1,1 milyon avtomobili geri çağırır.

Bu barədə məlumat ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) rəsmi saytında yayımlanıb.

Şirkətin mühəndisləri tərəfindən aşkar edilən qüsur bəzi avtomobillərdə arxa görüntü kamerasının təsvirinin göstərilməməsi, gecikmə ilə ötürülməsi və ya görüntünün donması ilə nəticələnir. NHTSA bu problemin qəza riskini ciddi şəkildə artırdığını bildirir.

Geri çağırılma qərarı 2021–2025-ci illərdə istehsal edilmiş geniş model sırasını əhatə edir. Bunlar arasında Bronco, Edge, Escape, Corsair, Expedition, Transit, Mach-E, Lincoln Nautilus, Ranger, Mustang, NavigatorF-150–F-600 seriyasından olan pikaplar yer alır.

Ford şirkəti arxa kamera probleminin bir yol-nəqliyyat hadisəsinə səbəb olduğunu təsdiqləyib. Bundan əlavə, 2024-cü ilin əvvəlində NHTSA tərəfindən Ford F-150 modelləri ilə bağlı 30-dan çox şikayət qeydə alınıb.

Avtomobillərdəki nasazlığın bu ilin sonunadək proqram təminatının yenilənməsi yolu ilə aradan qaldırılması planlaşdırılır.