AVTO

21 May

Yeni Toyota RAV4 təqdim olundu

Finss.az - Toyota yeni, altıncı nəsil RAV4 krossoverini təqdim etdi.

Dizaynda inqilab əvəzinə konservativ yanaşma seçilib: əvvəlki TNGA-K platforması, 2,5 litrlik atmosfer mühərrik və hibrid güc qurğuları qorunub saxlanılıb. Model yalnız hibrid (HEV) və plug-in hibrid (PHEV) versiyalarla təklif olunacaq. Güc göstəriciləri 229-324 at gücünə çatır.

Yeni RAV4 üç dizayn seçimi ilə təqdim olunur: Core (baza), Rugged (off-road) və Sport (idman). GR Sport versiyası daha aqressiv dizayn və idman yönümlü şassi tənzimləmələri ilə fərqlənir. Salon tam rəqəmsallaşdırılıb: yeni 12,3 düymlük ekran, sensor idarəetmə və modern interfeys təqdim olunub. Plug-in hibrid versiya yalnız tam ötürücülü olacaq və 80 km-ə qədər elektrik rejimində hərəkət edə biləcək.

Yeni RAV4 2025-ci ilin sonunda ABŞ-da satışa çıxacaq. Başlanğıc qiymət 30 min dollar, GR Sport versiyasının isə təxminən 50 min dollar olacağı gözlənilir.