AVTO

04 Fevral

Məktəb avtobuslarına GPS qoşulacaq?

 

Azərbaycanda məktəb avtobuslarının təmin edilməsi təhsil sistemində müsbət dəyişikliklərə səbəb olacaq mühüm addımlardan biridir. Şagirdlərin rahat və təhlükəsiz şəkildə təhsil müəssisələrinə daşınması onların davamiyyətinin artmasına, tıxacların azalmasına və ekoloji problemlərin həllinə töhfə verəcək. Prezidentin sərəncamına əsasən, bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır və marşrutların hansı istiqamətlər üzrə təşkil ediləcəyi əsas müzakirə mövzularından biridir.

Fins.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirdi ki, təhsil müəssisələrinə nəqliyyat xidmətinin göstərilməsi, xüsusilə məktəbəqədər və ibtidai sinif şagirdləri üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanda mövcud nəqliyyat infrastrukturunda, səhər saatlarında məktəblərə gedən şəxsi nəqliyyat vasitələrinin sıxlıq yaratdığı müşahidə edilir:

"Məktəb avtobuslarının fəaliyyət göstərməsi valideynlərin şəxsi avtomobillərdən istifadəsini azaldacaq, bu isə nəqliyyat axınında rahatlıq yaradacaq. Məsələn, Bakı şəhərində səhər saatlarında məktəblərin yaxınlığında yaranan sıxlıq avtobus marşrutlarının effektiv idarə olunması ilə müəyyən qədər azaldıla bilər".

Ekspertin fikrincə, məktəb avtobusları şagirdlərin təhlükəsizliyini təmin etmək baxımından da vacibdir.