Ulyanovsk Avtomobil Zavodu "UAZ-3172" avtomobilinin eskiz fotosunu dərc edib.
"Hunter" adlandırılan avtomobil "UAZ-469"u əvəz etməli idi.
Fins.az xəbər verir ki, "UAZ-3172" Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanıb və 1991-1992-ci illər ərzində sınaq üçün 9 modeli istehsal edilmişdir. Lakin 1993-cü ildə maliyyə çatışmazlığı səbəbindən istehsal dayandırılıb.
Avtomobil çətin relyef şətaitində hərəkət edə, bir tona qədər yük daşıya, 1,3 metrlik dərinliyə və 30 dərəcə yamaclara enib-qalxa və salona 10-a qədər sərnişin yerləşə bilər.