2024-cü ildə Avropa avtomobil bazarında elektromobil satışı azaldığı halda, hibrid modellərin satışı artıb.
Fins.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının hesabatında deyilir. Qeyd olunur ki, 2020-ci ildən sonra ilk dəfə elektromobil satışları 13,6 faiz azalıb. Bunun səbəbi subsidiyaların dayandırılmasıdır.
Elektromobillərin əksinə olaraq, hibrid modellərin satışı ciddi şəkçildə artıb. İl ərzində Avropada satılan maşınların 31 faizi (dekabrda 33%) məhz hibridlər olub.
Hibrid modellərin satışında əksər dövrlərdəki kimi bu dəfə də, yapon istehsalçı fərqlənib. İttifaqda bu kateqoriyadan olan avtomobillərin satışında Toyota (Lexus) seçilib.
Hesabat dövründə yapon istehsalçı köhnə qitədə satışları 17,5 faiz artırmağa nail olub. Onun ən yaxın rəqibi Renault qrupu isə hibrid satışlarını cəmi 1,9% artırmağa nail olub.