AVTO

27 Yanvar

“Bərkgedən” Cadillac Lyriq krossoveri təqdim olunub

 

Dörd il əvvəl debüt edən Cadillac Lyriq krossoveri məşhur amerikan brendinin ilk elektromobili olub. Başlanğıcda onun kommersiya uğuru o qədər də diqqətəlayiq olmayıb, lakin keçən il ABŞ bazarında 28 minlik tirajla satılan Lyriq, hətta daxili yanma mühərrikli Cadillac XT5 (26 min ədəd) krossoverini də üstələyib.

Fins.az xəbər verir ki, indi isə, bu krossover həm də “V” prefiksini almış ilk “bərkgedən” Cadillac elektrik krossoveri olub: yenicə təqdim edilən Cadillac Lyriq-V amerikan brendin bütün tarixi boyunca yaradılmış ən dinamik modelidir.

Bununla belə, “V” versiyasını ayırd etmək o qədər də asan iş deyil, çünki o, baza modeldən yalnız xırda cizgilərlə fərqlənir. Ön hissədə fərqli dekorativ naxışlı hava sipəri, habelə böyüdülmüş splitteri və hava girişi olan bamper peyda olub. Kandarlarda əlavə örtmələr quraşdırılıb, kuzov rəngləri palitrasına isə,  eksklüziv boz Magnus Metal Frost çaları əlavə edilib.

Arxa hissədə kiçik spoyler quraşdırılıb, buradakı bamperdə isə, diffuzor peyda olub. Əlbəttə ki, kuzov boyunca səpələnmiş çoxsaylı “V” nişanları da var. Krossover 22-düymlük təkər disklərini alıb, üstəlik, Amerika üçün xarakterik olan bütün mövsüm şinlərinin əvəzinə yay şinlərini sifariş etmək mümkünüdür.

İnteryerdə baza modeldən elə də böyük fərq yoxdur. Buna misal kimi, “V-Series” yazısı həkk edilmiş kandar lövhələrini göstərmək olar. Ön oturacaqlar yan dəstəyin genişləndirilmiş tənzimləmələrini və bərk tutan örtüyü əldə edib. 33-düymlük vahid ekran xüsusi idman rejimini alıb.