Dünyanın ən dəyərli avtomobil istehsalçıları açıqlanıb.
Fins.az xəbər verir ki, dünyanın ən dəyərli 50 avtomobil istehsalçısı siyahısında bazar dəyəri 1 milyard dolları aşan şirkətlər yer alıb.
Saytdakı məlumatlara görə, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla 1,37 trilyon dollarlıq bazar dəyəri ilə siyahıda birinci yerdədir. İlon Maska məxsus Tesla, elektrikli avtomobillərin dizaynı, istehsalı və satışı ilə məşğul olan bir avtomobil şirkəti kimi seçilir.
Siyahıda ikinci yerdə 240 milyard dollarla Toyota, üçüncü yerdə 111,9 milyard dollarla Xiaomi, dördüncü yerdə isə 110,1 milyard dollarla BYD qərarlaşıb. Ferrari 78,2 milyard dollarla 5-ci, Porsche 58,4 milyard dollarla 6-cı, Mercedes-Benz isə 57,7 milyard dollarla 7-ci yerdədir.
Siyahıda 56 milyard dollarla General Motors 8-ci, BMW 52,4 milyard dollarla 9-cu, Volkswagen isə 50,7 milyard dollarla 10-cu yerdədir.
Xioami siyahıda 3-cü yerdə olsa da, şirkətin gəlirlərinin böyük hissəsi digər texnologiya məhsullarından əldə edilir. 2021-ci ildə elektrikli avtomobil istehsalına başlayacağını açıqlayan şirkət, keçən il "SU7" adlı elektrikli idman avtomobil modelini təqdim edib.