AVTO

23 Yanvar

Avropanın ən təhlükəsiz avtomobilləri açıqlandı

"EuroNCAP" 2024-cü il üçün avtomobillərin müxtəlif siniflər üzrə ən təhlükəsiz modellərini açıqlayıb.

Fins.az xəbər verir ki, reytinqdəki əksər avtomobillər Avropa modelləri olsa da, Yapon və Çin istehsalı olan krossoverlər də daxil edilib. Bunlardan "Mazda CX-80" və "Zeekr X" xüsusilə diqqət çəkib. "Zeekr X" eyni anda iki kateqoriyada - ən təhlükəsiz kompakt krossover və elektromobil olaraq qiymətləndirilib. Göstəricilərinə görə, o elektrikli "Porsche Macan", "Volvo EX30" və "Toyota C-HR"i geridə qoyub.

Çinin beşqapılı krossoveri olan "Zeekr X" böyüklər və azyaşlı sərnişinləri 91% və 90% qoruyur. Elektron sistemlərinin işi 83%, piyadalara qayğı isə 84% səviyyəsində qiymətləndirilib.

Avropa bazarı üçün xüsusi olaraq hazırlanmış "Mazda CX-80" isə ən təhlükəsiz iri yolsuzluq avtomobili seçilib. Böyük ailə avtomobilləri arasında isə "Mercedes-Benz E-Class" lider olub.