2024-cü ilin ən təhlükəsiz minik avtomobilləri açıqlanıb.
Fins.az xəbər verir ki, “Ən təhlükəsiz elektromobil” kateqoriyasında “Zeekr X” krossoveri qalib gəlib. Bundan əlavə, bu model kiçik krossoverlər sinifində ən yaxşı avtomobil kimi tanınıb.
Ən təhlükəsiz böyük krossover “Mazda CX-80” modeli seçilib.
Böyük ailə avtomobilləri reytinqində “Skoda Superb” lider olub.
Həmçinin mütəxəssislər Çinin “Maxus eTerron 9” modelinin yüksək təhlükəsizliyini qeyd ediblər.
Kateqoriyalardan asılı olmayaraq mütləq qalib isə “Mercedes-Benz E-Class” olub.
Qeyd edək ki, “Euro NCAP” – avtomobillərin aktiv və passiv təhlükəsizliyini qiymətləndirən və müstəqil qəza testləri keçirən Avropa təşkilatıdır.