AVTO

15 Yanvar

Dünyanın ilk superkarının yeni versiyası təqdim edildi

Yaponiyanın "Liberty Walk" tüninq studiyası Tokio avtosalonunda dünyanın ilk superkarı hesab edilən "Lamborghini Miura"nın əsasında "LB-Silhouette WORKS GT" avtomobilini təqdim edib.

Fins.az xəbər verir ki, yeni model üçün tamamilə təzə kuzov yaradılıb.

Qeyd edək ki, "Lamborghini Miura" 1965-ci ildə Cimpaolo Dallaranın iştirakı ilə hazırlanıb və onun dizaynı "Bertone" studiyasında Marçello Qandini tərəfindən yaradılıb. 1966-cı ildə satışa çıxan avtomobil 275 km/saat (178 mil/saat) sürətə malik olmaqla "AC Cobra Mk III 427"ni geridə qoyaraq, ən sürətli yol avtomobili olub. "Lamborghini Miura" tarixdə ilk superkar hesab olunur və bu gün bu avtomobilin dəyəri milyonlarla dollardır.