Ötən ilin on bir ayında ABŞ-yə Çin minik avtomobillərinin idxalı rekord həddə çatıb.
Fins.az xəbər verir ki, bu barədə Amerika statistika xidmətinin məlumatlarında göstərilib.
Qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr aylarında Çindən ABŞ-a minik avtomobili alışlarının ümumi həcmi 3,35 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 65% çoxdur.
Bu rəqəmlər 1992-ci ildən başlayaraq bütün müşahidə dövrü üçün ən yüksək göstəricilərdir.
Noyabr ayının nəticələrinə görə, idxal 459,5 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin avqustundan bəri ən yüksək dəyərdir. Üstəlik, ötən ilin noyabr ayı ilə müqayisədə alış həcmi 4 dəfə, bir ayda isə 15% artıb.
2024-cü ilin on bir ayı ərzində idxalın ən böyük payını həcmi 1500-3000 kubsantimetr olan daxili yanma mühərrikli avtomobillər (1,73 milyard dollar), o cümlədən qar arabaları, qolf arabaları və analoji avtomobillər ( 917,8 milyon dollar), hibrid avtomobillər (458,8 milyon dollar) təşkil edib.