AVTO

13 Yanvar

“Volkswagen”in satışları 1,4% azalaraq 4,8 milyon ədədə düşüb

2024-cü ildə “Volkswagen”in satışları 1,4% azalaraq 4,8 milyon ədədə düşüb. Markanın elektrikli avtomobil satışları 2,5% azalaraq 383 min ədəd olub.

Fins.az xəbər verir ki, çətin bir il keçirən “Volkswagen”, xüsusilə Çin istehsalçılarının artan rəqabəti səbəbindən Çində satışlarında əhəmiyyətli bir azalma yaşadı. Ölkədə 2,2 milyon avtomobil satan alman istehsalçısının satışları 8,3% azalıb.

“Volkswagen” Şimali Amerikada uğurlu il keçirdi. Qitədə 592 min avtomobil tədarük edən şirkətin satışları əvvəlki ilə nisbətən 18,4% artıb. Cənubi Amerika satışları da 21,1% artaraq 479 minə çatıb. Vətəni Avropada avtomobil satışları 1,7% azalaraq 1,25 milyon ədəd olub.