Saxta, qeyri-standart avtomobil detalı bütün dünyada artıq adi qəbul edilir. Amma saxta avtomobil az rastlanan haldır.
Fins.az xəbər verir ki, ABŞ-da satışa 2 ədəd “Maybach” mikroavtobus (van) çıxarılıb. Təbii ki, “Maybach”ın avtobus istehsal etmədiyi hamıya məlumdur. Üstəgəl, 2 litrlik 4 silindrli dizel mühərriki markanın tarixində olmayıb. Maşınların qiyməti də az deyil – 300 000 dollar.
Dərindən araşdırdıqda məlum olur ki, bu əslində, “Mercedes Vito”dur. Sadəcə olaraq, Amerikadakı atelyelərdən biri onun dizaynını dəyişərək “Maybach”a bənzədib. Lakin ad “Maybach” olsa da, burada 17 litrlik V 12 biturbo benzin mühərrik kimi bahalı opsiyalar yoxdur. Yəni, formaca “Maybach”, quruluşca “Mercedes”.