BMW alman brendinin kütləvi istehsal etməyi planlaşdırdığı Skytop konseptini nümayiş etdirib. Fins.az xəbər verir ki, bu avtomobillərdən ümumilikdə 50 ədəd istehsal olunacaq.
Avtomobilin qiyməti təxminən 500 min avro ola bilər. Skytop M8 Competition idman kupesi əsasında hazırlanıb.
BMW Skytop-un dizaynı Neue Klasse sedanının və Vision Neue Klasse X krossoverinin üslubunu əks etdirir.
Skytop 617 at gücü hasil edən 4,4 litrlik V8 mühərriki ilə təchiz ediləcək. İki turbomühərrikli, tam ötürücülü və səkkiz pilləli avtomatik transmissiya ilə təmin olunacaq.