AVTO

06 Yanvar

Qarlı və buzlu yollar üçün təkərlərin təzyiqi nə qədər olmalıdır?

 

Mütəxəssislər qış aylarında avtomobil təkərlərinin hava təzyiqinin düzgün tənzimlənməsinin vacibliyinə diqqət çəkirlər.

Fins.az xəbər verir ki, qış aylarında aşağı temperatur təkərlərin içərisində olan hava təzyiqini azaldaraq sürücünün təhlükəsizliyini təhdid edir. Şinlərdəki təzyiqin azalması əyləc məsafəsinin uzanmasına, idarəetmənin çətinləşməsinə və yanacaq sərfiyyatının artmasına səbəb ola bilər. Mütəxəssislər qış aylarında təkərlərinin hava təzyiqini tənzimləyərkən aşağıdakı addımları yerinə yetirməyi tövsiyə edirlər:

 

1) Şinlərin təzyiqi avtomobil bir neçə saat sönülü qaldıqdan və təkərlər soyuduqdan sonra mütləq yoxlanılmalıdır.

 

2) Avtomobilin istifadəçi təlimatında göstərilən, tövsiyə olunan şin təzyiqi dəyərlərinə əməl edilməlidir. Bəzi istehsakçılar qarlı hava şərtləri üçün əlavə təzyiq tövsiyə edə bilərlər.

 

3) Hava istiliyində qəfil dəyişikliklər təzyiqə təsir edə bilər. Təkərlərin təzyiqi həftədə ən azı bir dəfə yoxlanılmalı və ehtiyac yarandıqda düzəlişlər edilməlidir.

 

4) Dəqiq ölçmə üçün etibarlı təkər təzyiqölçənindən istifadə edilməlidir. Köhnə və ya nasaz sayğaclar qeyri-dəqiq nəticələr verə bilər.

 

Ekspertlər qarlı və buzlu yol şəraitinə uyğun şinlərdən istifadəni təkərlərin təzyiqinin tənzimlənməsi qədər vacib hesab edir. Qış təkərləri daha çevik quruluşu sayəsində aşağı temperaturda daha yaxşı yol tutuşu təmin edir. Bununla belə, həmin təkərlərin düzgün təzyiqdə olması performansı daha da artırır. Mütəxəsisslər qış aylarında avtomobil şinlərinin daxili təzyiqini 0,1-0,2 atmosfer artırılmasını təklif edir.