AVTO

13 Dekabr

Dünyada elektrikli avtomobil satışları 32 faiz artıb

Fins.az xəbər verir ki, İngiltərə mərkəzli araşdırma şirkəti Rho Motion tərəfindən açıqlanan elektrikli avtomobil satışları ilə bağlı noyabr ayı məlumatlarına görə, dünyada elektrikli avtomobil satışları noyabr ayında bir əvvəlki aya görə 100 mindən çox artıb. Bu artımla, qlobal elektrikli avtomobil satışları noyabr ayında 1,83 milyona çataraq, ardıcıl üçüncü ildir ki, elektrikli avtomobillərin satış rekordunu qırıb.

Belə ki, elektrik avtomobil satışları noyabrda illik 32 faiz, aylıq 6 faiz artıb.

Noyabrda qlobal elektrik avtomobil satışlarının 1,3 milyonu Çinin payına düşüb.

Yanvar-noyabr aylarında dünyada satılan elektrikli avtomobillərin sayı 15,2 milyona çatıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə satışlar 25 faiz artıb.