Fins.az - 2024-cü ilin ilk on ayında Çin'dən ABŞ-a ixrac edilən yüngül avtomobillərin həcmi 2,9 milyard dollarla tarixinin ən yüksək səviyyəsinə çatıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artım olub. Oktyabr ayında isə Çin avtomobillərinin ABŞ-a idxalı 398,6 milyon dollar təşkil edərək, əvvəlki ayla müqayisədə 1,4 dəfə artıb. Ən çox tələbat olan modellər arasında 1500-3000 kub santimetr mühərrik həcmi olan avtomobillər, qolf arabaları və hibrid avtomobillər yer alır.