Finss.az - ABŞ Faraday Future şirkəti 2023-cü il istehsalı olan ilk işlənmiş FF 91 2.0 elektrik avtomobilinin satışı ilə bağlı məlumat yayıb.
Bildirilir ki, sözügedən model Bring a Trailer platformasında keçirilən hərracda 235 000 dollara satılıb. Bu qiymət avtomobilin bazarıa çıxarıldığı zamanı ilkin satış qiymətinin 76%-ni təşkil edir. Qeyd edək ki, avtomobilin ilkin qiyməti 309 000 dollar olub.
FF 91 2.0 modeli 1050 at gücü, 2,3 saniyəyə 100 km/saat sürətlənmə qabiliyyəti və təxminən 600 km gediş ehtiyatı ilə diqqət çəkir. Bundan başqa, avtomobil fərdiləşdirilmiş idarəetmə imkani və avtomatlaşdırılmış bir çox funksiyaları yerinə yetirən süni intellekt (AI) sistemləri ilə təchiz olunub.
Elektrik avtomobilləri bazarında istismar olunmuş nümunələrin yüksək qalıq dəyərini saxlaması nadir hallardandır. Adətən elektromobillər daxili yanma mühərriqli avtomobillərlə müaqisədə daha sürətlə dəyər itirir. Lakin FF 91 2.0 satıldığı qiymətlə dəyərinin əhəmiyyətli hissəsini qoruya bilib. Bu da avtomobili Ferrari, Bentley və Maybach kimi premium markaların lücs modelləri ilə eyni sıraya qoyur.
Faraday Future şirkəti özünü təkcə elektromobil istehsalçısı kimi deyil, eyni zamanda sün'i intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan şirkət kimi təqdim edir. FF 91 2.0 modelinin minimal dəyər itkisi ilə ikinci əl bazarında satışı, şirkətin bazardakı nüfuzunu daha da artıra biləcəyi ehtimal edilir.