BİRJA

03 Fevral

L'Oreal, Sanofi-nin 3 mld. avro dəyərindəki səhmlərini satır

Finss.az - Fransız kosmetika nəhəngi L'Oreal SA, dünya farmasevtika şirkəti Sanofi SA-nın 3 milyard avro dəyərində səhmlərini alacaq.

Bu əməliyyat nəticəsində L'Oreal, Sanofi-nin 29,6 milyon səhmini 101,5 avro qiymətinə alacaq. Bazar bağlandığı vaxtda Sanofi-nin səhmlərinin qiyməti 104,4 avro təşkil edib, buna görə də L'Oreal bazar qiymətindən endirimlə səhmləri alır.

Əməliyyat başa çatdıqdan sonra, L'Oreal-ın Sanofi-dəki səhmdar kapitalının 7,2%-i və səsvermə hüquqlarının 13,1%-i olacaq. Şirkət, Sanofi-nin strateji hədəflərinə dəstək verdiyini və bu əməliyyatın şirkət balansını optimallaşdırmaq məqsədi güddüyünü açıqlayıb.

Sanofi, L'Oreal-dən bu səhmləri almasının, keçən həftə elan edilmiş 5 milyard avro dəyərində buyback proqramının bir hissəsi olduğunu bildirib. Son 12 ayda Sanofi-nin səhmlərinin qiyməti 19,2% artıb.

Satış əməliyyatının yaxın günlərdə tamamlanması gözlənilir.