BANK

27 Yanvar

Azərbaycan banklarının xalis mənfəəti 3,1% azalıb

Bu ilin 1 dekabr tarixinə Azərbaycan banklarının xalis mənfəəti 966,5 milyon manat təşkil edib.

Finss.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 30,9 milyon manat və ya 3,1% azalıb. Bununla yanaşı, aylıq müqayisədə xalis mənfəət 52,8 milyon manat və ya 5,8% artıb.

Məlumat üçün bildirək ki, 1 noyabr 2024-cü il tarixinə bankların xalis mənfəəti 913,7 milyon manat, 1 dekabr 2023-cü il tarixinə isə 997,4 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az