Fins.az - Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev "Facebook" hesabında etibarnamə ilə bağlı yeni qaydanın qüvvəyə mindiyini açıqlayıb.
Yeni qaydaya əsasən, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, artıq belə olmayacaq.
Avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə biləcək. Törədilən inzibati xətalar isə avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşdiriləcək. Bu dəyişiklik, sürücü ilə avtomobil sahibi arasında məsuliyyətin daha ədalətli bölüşdürülməsini təmin edir.