Fins.az - 2018-ci ildən 2024-cü ilin oktyabr ayınadək İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 360 milyon manatlıq avtomobil satışı həyata keçirilib.
Agentlikdən verilən məlumata görə, həmçinin cari ilin yanvar-sentyabr aylarında Hacıqabul Sənaye Parkında 53,86 milyon manatlıq 1901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 25,9 milyon manatlıq 1072 ədəd avtomobil satışı həyata keçirilib. Avtomobil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 60 faiz artıb.
Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.