Fins.az xəbər verir ki, Tesla-nın rəhbəri İlon Mask cümə axşamı Kaliforniyanın Burbank şəhərindəki Warner Bros Studios-da çoxdan gözlənilən Cybercab robotaksisinin prototipini təqdim edəcək. Özünü idarə edən avtomobillər uzun müddətdir Maskın diqqət mərkəzindədir və o, bu texnologiyanın insan həyatını xilas edəcəyini və sahiblərinə icarə yolu ilə qazanc gətirəcəyini düşünür.
Tədbirdə Mask, Tesla-nın bu iddialı hədəflərə nail olub-olmayacağı ilə bağlı şübhələri aradan qaldırmalı olacaq.
Gecikmələrə baxmayaraq, bəzi analitiklər Tesla-nın diqqətini daha ucuz elektrik avtomobillərinin istehsalına yönəltməli olduğunu düşünür.
Eyni zamanda, rəqib şirkətlərin, o cümlədən Waymo-nun özünü idarə edən robotaksiləri ABŞ yollarında artıq fəaliyyət göstərir.
Zemfira Ms
Fins.az