Son illərdə Azərbaycanda elektrik avtomobillərinə maraq sürətlə artır.
Fins.az xəbər verir ki, ətraf mühitin qorunması və yanacaq xərclərinin azaldılması kimi amillər insanların bu avtomobillərə üstünlük verməsinə səbəb olur. Hökumət də bu tendensiyanı dəstəkləyərək, 2022-ci ildən etibarən elektrik avtomobillərinin və onların doldurma qurğularının idxalını ƏDV-dən azad edib və gömrük rüsumlarını ləğv edib. Bu tədbirlər ölkədə elektrik avtomobillərinin sayını artırıb.
Ölkə daxilində 100-dən çox doldurma məntəqəsi quraşdırılıb, bu məntəqələr Bakıda və regionlarda yerləşir. Texniki xidmət və batareya təmiri üzrə problemlər isə rəsmi dilerlər tərəfindən həll olunur.
2024-cü ilin ilk yarısında Azərbaycana 10 min 464 elektrik və hibrid avtomobil idxal edilib ki, bu da elektrik avtomobillərinin ölkə bazarında artan rolunu göstərir. Gələcəkdə bu bazarın daha da böyüməsi gözlənilir.