Almaniyanın iqtisadi vəziyyəti ciddi böhranla üzləşir.
Fins.az xəbər verir ki, ölkə vətəndaşları, böyük müəssisələrin bağlanması, demoqrafik problemlər, infrastrukturun zədələnməsi və innovasiya çatışmazlığı ilə reallıqla üzləşirlər. Son dövrlərdə, Volkswagen-in mümkün bağlanma xəbəri ölkədə geniş narahatlıq yaradıb.
Volkswagen AG-nin (VAG) Almaniyada 30 min iş yerini ixtisar etməyi planlaşdırması, iqtisadi məsələləri seçicilər üçün miqrasiya məsələsindən sonra ikinci ən mühüm problemə çevirdi. Bu inkişaf, Almaniya iqtisadiyyatında dərin təsirlərə səbəb ola bilər və ölkənin gələcək iqtisadi siyasətinin formalaşmasında mühüm rol oynayacaq.