Brüsseldə Avropa Parlamenti qarşısında Audi avtomobil zavodunun bağlanmasına qarşı beş mindən çox insanın iştirak etdiyi kütləvi etiraz aksiyası keçirilib.
Fins.az xəbər verir ki,etirazçılar enerji böhranı fonunda şirkətlərin istehsalı Avropa İttifaqından çıxarmasına və hökumətin bu məsələyə kifayət qədər reaksiya verməməsinə etiraz ediblər. Aksiya iştirakçıları zavodların uzun illər boyu böyük mənfəət gətirdiyini vurğulayaraq, bu cür bağlanmaların işçilərin və yerli iqtisadiyyatın ziyanına olduğunu bildiriblər.
Audi zavodunun bağlanma təhlükəsi regionda geniş narazılıq yaradıb.