AVTO

16 Sentyabr

Ford rəhbəri Çin avtomobil sənayesi üçün ciddi təhlükə olaraq qiymətləndirir

Ford şirkətinin rəhbəri Jim Farley, Çin tərəfindən elektrik avtomobillərinin istehsalında sürətli inkişafın ABŞ avtomobil sənayesinə ciddi təhdid yaratdığını bildirib.

The Wall Street Journal-a verdiyi müsahibədə, Farley, Çin avtomobil istehsalçılarının süni intellekt kimi qabaqcıl texnologiyalardan istifadə edərək sürətlə inkişaf etdiyini vurğulayıb. Fins.az onun sözlərinə əsasən, xəbər verir ki, Çin "işıq sürətində inkişaf edir" və burada istifadə olunan innovativ texnologiyalar ABŞ-da analoqları ilə müqayisə edilə bilmir.

Çin, əvvəllər qlobal bazarda ciddi rəqib kimi qiymətləndirilməsə də, metodik investisiyalar və dövlət subsidiyaları sayəsində beynəlxalq bazarlarda da mövqelərini gücləndirib.