AVTO

11 Sentyabr

Avropada avtomobil bazarı silkələnib

Avropada fabriklərin bağlanması və tətil xəbərləri avtomobil bazarını silkələyib.

Fins.az xəbər verir ki, inflyasiya, yüksək enerji xərcləri və sərt rəqabət şərtləri Avropada avtomobil sənayesinə mənfi təsir göstərib. Brüsseldə AUDİ markalı fabrikdə işçilər tətilə çıxıb və istehsal dayandırılıb.

Almaniyanın “Volkswagen” şirkəti qənaət və xərclərin azaldılması tədbirləri çərçivəsində tarixində ilk dəfə olaraq fabrikini bağlamağı planlaşdırır. Hadisələr bazara seysmik təsir göstərib. Türkiyədə isə təkərlər fırlanır: avtomobil sənayesinin cazibə mərkəzi kimi mövqeyi getdikcə güclənir. Yerli avtomobil TOGG ilə birlikdə yeni brendlər Türkiyəyə sərmayə qoymağa yol acır. 2024-cü ilin iyul ayında Çinin avtomobil nəhəngi BYD Türkiyəyə 1 milyard dollarlıq sərmayə qoyacağını açıqlayıb.