2024-cü ilin avqust ayınadək, Türkiyənin elektrikli avtomobil istehsalçısı ''Togg'' 14,849 elektromobil satıb.
Fins.az xəbər verir ki, bu, Türkiyədə satılan hər üç elektrikli avtomobildən birinin ''Togg'' markasına məxsus olduğunu göstərir. Şirkət, elektrikli nəqliyyat vasitələri bazarında əhəmiyyətli bir yer tutaraq, sektordakı liderliyini gücləndirir.