AVTO

29 Avqust

Volkswagen-in yeni Transporter və Caravelle modelləri: Ford-un kölgəsində?

Volkswagen şirkətinin Transporter, Caravelle və Multivan seriyası iki fərqli istiqamətə bölünüb. Multivan miniveni 2021-ci ildə təqdim edilərək MQB platformasına əsaslanıb və minivenə çevrilib. Transporter və Caravelle modelləri isə, Ford Transit Custom və Tourneo Custom modellərinin dəyişdirilmiş versiyaları olaraq yeni nəsilə daxil olublar.

Fins.az xəbər verir ki, bu yeni Volkswagen modelləri Ford-dan ön hissədə fərqlənir, lakin Ford mənşəyi özünü gizlədə bilmir. Alıcılara müxtəlif ölçülərdə təqdim edilən bu modellər, 110-dan 170 at gücünə qədər olan dizel mühərrikləri, hibrid və ya elektrik variantları ilə təklif olunur. Transporter furqonları 5,8-dən 9,0 kubmetrə qədər yük həcmi və 1330 kiloqram yükgötürmə qabiliyyətinə malikdir.

Yeni Volkswagen Transporter modelinin Almaniyadakı satış qiyməti 43 800 avrodan başlayır.

Avtomobillər Türkiyədə Ford modelləri ilə birlikdə istehsal ediləcək.

Fuad Mədətov
Fins.az