AVTO

15 Aprel

\"Citroen Bazalt Vision\" innovativ dizaynı ilə bazara çıxır

Citroen şirkəti Bazalt Vision adlı yeni nəsil yolsuzluq avtomobilini rəsmi olaraq təqdim etməyə hazırlaşır. C3 seriyasına çox bənzədiyi ifadə edilən modelin artıq öz seqmentində yaxşı satış uğuru əldə etməsi gözlənilir. Dinamik dizaynına baxmayaraq, avtomobil həm də son dərəcə rahat sürücülük təcrübəsi vəd edir.

Fins.az xəbər verir ki, bizi Citroen-in xarakterik fara dizaynı və 2 hissəyə bölünmüş innovativ barmaqlıqları qarşılayır. 

Yan tərəfdə diqqətlə işlənmiş metal detallar diqqəti cəlb edərkən, tavan dizaynı nisbətən maili görünür. Bazalt Vision-un daxili dizaynı haqqında çox şey bilməsək də, onun bu mənada son dərəcə C3 modellərini xatırladacağını təxmin edirik.

Modelin həmçinin simsiz enerji doldurma, avtomatik kruiz-kontrol, açarsız giriş və avtomatik klimat-kontrol funksiyalarına sahib olacağı gözlənilir ki, bu da indi bu sinif avtomobillərdə standart halına gəlib. Mühərrik tərəfində 1.2 turbo benzin mühərriki təklif olunacaq.

Bununla belə, Citroen Basalt Vision-un yalnız Cənubi Amerika və Hindistan bazarlarında satışa çıxarılacağı açıqlanıb. Avtomobilin fərqli adlar və ya kiçik dəyişikliklərlə digər ölkələrdəki istifadəçilərə təqdim ediləcəyi iddia edilir. Avtomobilin rəsmi satış tarixi 21 avqust 2024-cü ildir.

Günel Məlikzadə
Fins.az