AVTO

09 Aprel

\"Chery\" gəncləri hədəf alan modeli ilə gəlir

Ən son məlumatlara görə, Chery tezliklə iCar alt brendinin istehsal etdiyi V23 modeli ilə görünəcək. Tamamilə elektrikli olduğu deyilən avtomobilin müasir xətləri ilə xüsusilə gənc istifadəçiləri hədəf alması gözlənilir.

Fins.az xəbər verir ki, Xiaomi-nin alt şirkətlərindən biri olan Zhimi Technology ilə əməkdaşlıqda hazırlanan SUV-nin çətin ərazi şərtləri üçün ideal olacağı düşünülür. 12 apreldə təqdim edilməsi gözlənilən iCar V23 2024-cü ilin ikinci yarısında rəsmi olaraq istifadəçilərlə görüşəcək.

İki fərqli versiyada satılacaq iCar V23: arxa təkərli və 4×4, yeni nəsil CATL markalı akkumulyatoru ilə tək şarjla 500 km-ə qədər məsafə qət edəcək. Avtomobilin ölçüləri uzunluğu 4220 mm, eni 1915 mm və hündürlüyü 1845 mm olaraq açıqlanıb. V23, bucaqlı xətləri və yeni nəsil LED fənərləri ilə diqqəti çəkən bədəni ilə gəncləri cəlb edəcək dizayna malikdir.

SUV avtomobilinin daxili dizaynı eyni müasirliyi davam etdirsə də, Qualcomm-un Snapdragon 8155 prosessoru ilə nəhəng toxunma multimedia ekranı da var. Lakin hələlik iCar V23-ün texniki xüsusiyyətləri və qiyməti barədə dəqiq məlumat verilməyib. 

Günel Məlikzadə
Fins.az