AVTO

06 Aprel

Volkswagen CEO-nun Çin bazarına "utopik" vurğusu

Volkswagen-in baş direktoru Oliver Blume cümə günü Almaniyanın FAZ qəzetinə şirkətin Çinin elektrikli avtomobil bazarındakı mövqeyi ilə bağlı qiymətləndirmələr edib.

Fins.az xəbər verir ki, Volkswagen-in hazırda Çinin elektrikli avtomobil sənayesində zirvədə ola bilməyəcəyini ifadə edən Blume, önümüzdəki illərdə satışa çıxarılacaq yeni modellərin şirkətin mövqeyini yaxşılaşdıracağını bildirib.

Digər tərəfdən, Blume çıxışında Volkswagen-in Çin bazarında "utopik gözləntilərə sahib olmaması lazım olduğunu" ifadə edərək, "Sürətlə böyüyən Çin bazarında uzun müddətdə ikirəqəmli bazar payına çata bilsək, bu, artıq əhəmiyyətli bir hədəfdir”.

Volkswagen-in Çindəki ümumi bazar payı 2018-ci ildəki 18 faizdən keçən il 14 faizə düşüb.

Günel Məlikzadə
Fins.az