AVTO

03 Aprel

\"BMW və Tata\" güclərini birləşdirib

BMW Group və Tata Technologies Hindistanda yeni proqram təminatı və İT (İnformasiya Texnologiyaları) inkişaf mərkəzlərinin yaradılması üçün birgə müəssisə müqaviləsi imzalayıblar. Bu strateji addım BMW-nin qlobal genişlənmə məqsədlərinə uyğundur. Hindistanın rəqəmsal mühəndislik sahəsində təcrübəsindən yararlanmaq məqsədi daşıyır.

Fins.az xəbər verir ki, bu əməkdaşlıqla BMW və Tata Technologies xüsusilə proqram təminatı ilə müəyyən edilmiş avtomobillər (SDV) üçün strateji proqram həllərinə diqqət yetirəcəklər. Birgə müəssisənin əsas biznesi Banqalor və Pune şəhərlərində yerləşəcək. Chennai isə müəssisənin İT həllərinə diqqət yetirəcək.

BMW və Tata arasında tərəfdaşlıq ilkin olaraq Tata Technologies-dən 100 peşəkarı cəlb edəcək.m Bu sayının növbəti illərdə artacağı gözlənilir. İki şirkətin əməkdaşlığı avtonom sürücülük, məlumat-əyləncə sistemləri və rəqəmsal xidmətlərin inkişafı kimi sahələrə yönələcək.

Bu, həmçinin rəqəmsallaşdırma və avtomatlaşdırma vasitəsilə məhsulun inkişafı, istehsal, satış proseslərinin təkmilləşdirilməsinə töhfə verəcək. BMW Qrupunun Baş Vitse-Prezidenti Kristof Qrote bildirib ki, bu əməkdaşlıq BMW-nin proqram təminatı ilə müəyyən edilmiş avtomobil sahəsində irəliləyişini sürətləndirəcək.

Günel Məlikzadə
Fins.az