Türkiyədə martda da avtomobilə tələbat soyumayıb.
Fins.az Türkiyə Avtomobil Distribyutorları və Mobility Dərnəyinin məlumatlarına istinadən xəbər verir ki, avtomobil və yüngül ticari vasitə bazarı mart ayında bir əvvəlki ilin eyni dövrünə görə 5,75 artaraq 109 min 828 ədədə çatdı. Beləliklə, 2024-cü ilin mart ayının satışları yeni mart rekordu oldu. Mart ayının 10 illik ortalaması 72 min 783 ədəd oldu. 2024-cü ilin mart ayında satışlar 10 illik orta göstəricidən 51 faiz yuxarı olub.
Mart ayında avtomobil satışları bir əvvəlki ilin eyni ayına görə 9,9% artaraq 87 min 71 ədədə, yüngül ticari vasitə bazarı isə 7,9% azalaraq 22 min 757 ədədə çatdı.
Mart ayında avtomobil bazarı 10 illik orta satışlara görə 54,6% artdı.
Yüngül ticari avtomobil bazarı mart ayında 10 illik orta satışlarla müqayisədə 38,2% artıb.
Günel Məlikzadə
Fins.az