AVTO

02 Aprel

\"Xiaomi\" səhmləri SU7-dən təsirlənir

Xiaomi səhmləri Pasxa bayramından sonrakı ilk ticarət günündə ilk avtomobilini buraxdıqdan sonra bahalaşaraq 2022-ci ilin yanvarından bəri ən yüksək səviyyəsinə çatıb.

Fins.az xəbər verir ki, Xiaomi CEO və təsisçisi Lei Jun keçən cümə günü iki saat davam edən tədbirdə standart SU7 elektrikli avtomobil modelinin 215 900 yuan (29 872,02 dollar), Pro və Maximum versiyalarının isə 245 900 yuan və 299 900 yuan qiymətinə satışa çıxarılacağını açıqladı.  Bundan əlavə, Lei Porsche-nin Taycan və Panamera modelləri ilə müqayisədə SU7-nin bir çox xüsusiyyətlərinin Tesla və Porsche-ni ötdüyünü bildirib.

Smartfonları və geniş çeşiddə sərfəli cihazları ilə tanınan şirkət SU7 üçün sifarişlər almağa başladığını açıqlayıb. Digər tərəfdən, cümə günü Pekin vaxtı ilə (1400 GMT) ilk 27 dəqiqədə 50 min sifarişin alındığı ifadə edildi.

Günel Məlikzadə
Fins.az