AVTO

29 Mart

"Xiaomi SU7" neçəyə satılacaq?

Hazırda dünyanın ən böyük şirkətlərinin daha çox pul qazanmaq üçün başqa sektorlara girdiyini görürük və artıq təəccüblənmirik. Smartfon bazarının aparıcı adlarından biri olan Xiaomi, 2023-cü ilin dekabrında ilk elektrik avtomobili SU7-ni təqdim etdi.

Fins.az xəbər verir ki, texnologiya aləmində çox danışılan  Xiaomi SU7- nin qiyməti müəyyənləşib.

Xiaomi SU7 ilə bağlı indiyə qədər edilən iddialarda avtomobilin əlavə xüsusiyyətlərlə birlikdə maksimum 500 min yuana, yəni 69 min dollara satılacağı iddia edilmişdi. Ancaq bu gün edilən açıqlama onun daha aşağı qiymətə gələcəyini ortaya qoydu.

  • Xiaomi SU7 Standart qiyməti: 215 min 900 yuan (29 min 870 dollar)
  • Xiaomi SU7 Pro qiyməti: 245 min 900 yuan (34 min dollar)
  • Xiaomi SU Max Performance qiyməti: 299 min 900 yuan (41 min 500 dollar)

Günel Məlikzadə
Fins.az