AVTO

28 Mart

Tesla-dan tam avtonom

Tesla bütün müştərilərinə 1 ay müddətinə tam avtonom sürücülük təklif edir. Ancaq bu bəzi təyin olunmuş bölgələrdə etibarlıdır. 

Fins.az xəbər verir ki, Tesla-nın utopik patronu İlon Mask, X platforması olan Twitter-də verdiyi açıqlamada şad xəbərlər verdi. Bu xəbər bəlkə də belə sadə dildə verilməməli idi, bəlkə də bu müzakirəyə açıq mövzudur, amma xəbər həqiqətən də sevindiricidir. Twitter-dəki yazıya görə, Mask avtonom sürmə xüsusiyyətini bütün Tesla sahiblərinə 1 ay müddətinə hədiyyə edir.

Yalnız Amerikada yaşayan istifadəçiləri xoşbəxt edən yazıya görə, avtonom sürmə xüsusiyyəti Amerikadakı bütün Tesla sahiblərinə 1 ay müddətində hədiyyə ediləcək. Bundan əlavə, bu hədiyyə avtonom sürücülük paketi təkcə yeni alışlar üçün deyil, həm də avtonəqliyyat vasitələrini səlahiyyətli marka xidmətlərinə gətirən köhnə müştərilər üçün də keçərlidir. Əgər Amerikada yaşayırsınızsa və Tesla sahibisinizsə, əvvəlcə ən yaxın Tesla xidməti ilə əlaqə saxlayın.

Sözügedən hədiyyə kampaniyasının da müəyyən mənada “maarifləndirici” əhəmiyyəti var. Çünki ötən həftələrdə Tesla “avtonom sürücülük proqramında baş verən xəta” səbəbindən 2 milyon avtomobili öz xidmətlərinə çağırıb. Sonra avtomobillərə təzə yeniləmələr edildi.

Günel Məlikzadə
Fins.az