AVTO

27 Mart

Maşın və mexanizmlərin idxalı artıb

Fins.az xəbər verir ki, Azərbaycanda maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәrinin idxaldakı çəkisi artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında ölkəyə 527 632.09 min ABŞ dolları dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri idxal edilib ki, bu da idxalın 21,57 faizi deməkdir.

Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkəyə idxalın 16,99 faizini təşkil etməklə 450 483.04 min ABŞ dolları dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri gətirilib.