AVTO

27 Mart

Çinə rəqib: Nissan-ın 3 illik planı

Zaman-zaman satış bumu ilə gündəmə gələn Nissan-dan böyük bir irəliləyiş oldu. Edilən açıqlamalara görə, marka 2027-ci ilə qədər avtomobil sənayesində adından söz etdirəcək. Açıqlanan yeni böyümə və gəlirlilik hədəfləri nəzərə alınsa, markanın 3 il ərzində bazara 30 yeni modeli təqdim edəcəyi görünür. 

Fins.az xəbər verir ki, Nissan Motor martın 25-də verdiyi açıqlamada şirkətin yeni hədəflərindən danışıb. Böyümə və gəlirlilik nisbətlərindəki artımın əsas diqqət mərkəzində olduğu açıqlamalarda Çindəki avtomobil bazarı və Çin markalarının bazardakı hökmranlığından da bəhs edilib.

Elektrikli avtomobillərdə böyük sıçrayışa imza atan Çin markaları 1000 kilometrdən çox məsafədən danışır, Avropa isə 500 kilometr məsafə qət edən avtomobillərə yenicə öyrəşir. Lakin Çin avtomobil markalarının elektrik avtomobil bazarında sürətlə yüksəlməsi Avropa brendlərini də qorxuya salıb.

Nissan, Çinli rəqib şirkətlərin bazarda yüksəlişini müşahidə etdiklərini və buna uyğun olaraq qurulan planların bazarda “daimi” yer əldə etmək olduğunu bildirir. Buna uyğun olaraq, marka 2027-ci ilə qədər 30 yeni model buraxmağı hədəfləyir və satışlarının 20%-nin yalnız elektrikli avtomobillər olmasını hədəfləyir.

Bundan əlavə, daxili yanma avtomobillərinin ümumi məxrəcdə 20 faiz paya malik hibrid avtomobillərlə birlikdə bütün pastanın 60 faizinə sahib olmasını hədəfləyir. O, bildirib ki, 3 il ərzində satışa çıxarılacaq 30 yeni modeldən 16-sı elektrik, 8-i tam elektrik, 8-i isə plug-in hibrid olacaq.

Amerika bazarında yüksəlməyi hədəfləyən marka, bazardakı modellərinin 78 faizini yeniləyərək, hibrid və elektrik modellərini təqdim etməyi planlaşdırır. Ümumi satış paylarına baxdığımızda, brend bütün bu yeniliklərlə 6%-dən çox əməliyyat mənfəət marjası və 30%-dən çox səhmdar gəliri hədəfləyənlər arasındadır.

Günel Məlikzadə
Fins.az