AVTO

19 Mart

Bu il Azərbaycana 13 mindən çox avtomobil idxal edilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 247 612.64 min ABŞ dolları dəyərində 13 299 avtomobil idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, avtomobillərin 12 023-ü əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələridir. Avtomobillərin 2 571-İ daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 541-i yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.