Volkswagen 2027-ci ilə qədər giriş səviyyəli bir elektrik avtomobilini bazara çıxaracağını açıqlasa da, VW markasının rəhbəri Tomas Şefer şirkətin hansı modellə irəliləyəcəyinə önümüzdəki həftələrdə qərar verəcəyini söylədi.
Fins.az xəbər verir ki, nümayəndə avtomobili nümayiş etdirən qrup təqdimatı zamanı Şefer izah etdi ki, hazırda dörd layihə qrupu ID.1 işçi adı olan avtomobil üçün təkliflər üzərində işləyir. Digər tərəfdən, təqdimatdakı slaydlar avtomobilin 2027-ci ilə qədər hazır ola biləcəyini göstərdi.
Şirkət 2026-cı il üçün təxminən 25 min avro qiymətinə elan etdiyi ID.2 də daxil olmaqla, yaxın üç il ərzində Volkswagen brendindən 11 yeni elektrik avtomobili buraxmağı planlaşdırır.
VW Qrupunun İcraçı Direktoru Oliver Blume çıxışında bu il təxminən 20 min avroya başa gələn giriş səviyyəli bir modellə bağlı qərar veriləcəyini ifadə edərək, “Biz konseptual bir həll üzərində işləyirik və bu sahədə ortaqlıqları göz ardı etmirik".
Günel Məlikzadə
Fins.az